"Barselona" yeni müdafiəçi axtarışına çıxıb
"Bayer"in ispaniyalı sol cinah müdafiəçisi Alexandro Qrimaldo "Barselona"nın maraq dairəsindədir.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu bu keçid üçün 25 milyon avro ödəməyə hazırdır.
Lakin "Leverkuzen" təmsilçisi ən azı 30 milyon avro tələb edir.
Qeyd edək ki, klublar arasında danışıqlar davam edir.
29 yaşlı futbolçu "Barselona"da çıxış etməyə müsbət yanaşır.