"Barselona", PSJ, "Mançester Yunayted" və "Bavariya" qələbə ilə başladı
Bu gün UEFA Çempionlar Liqasında 2017/2018-ci il mövsümü start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma olacaq.
Gecənin mərkəzi duelində "Barselona" "Yuventus"la qarşılaşacaq. Ötən mövsüm Turin təmsilçisinə məğlub olaraq mübarizəni dayandıran katalonlar, bu dəfə azarkeşlərini sevindirmək niyyətindədirlər.
"Qarabağ"ın mübarizə apardığı "C" qrupunda keçiriləcək "Roma" - "Atletiko" (Madrid) oyunu da gərgin mübarizə vəd edir.
Gecənin afişası belədir:
12 sentyabr 2017
Çempionlar Liqası, 1-ci tur
A qrupu
“Benfika” (Portuqaliya) – CSKA (Moskva, Rusiya) - 1:2
QOLLAR: Seferoviç, 50 (1:0); Vitinyo, 63/p. (1:1); Zamaletdinov, 71 (1:2)
“Mançester Yunayted” (İngiltərə) – “Bazel” (İsveçrə) - 3:0
QOLLAR: Fellaini, 35 (1:0); Lukaku, 53 (2:0); Reşford, 84 (3:0)
B qrupu
“Bavariya” (Almaniya) - “Anderlext” (Belçika) - 3:0
QOLLAR: Levandovski, 12/p. (1:0); Alkantara, 65 (2:0); Kimmix, 90+1 (3:0)
“Seltik” (Şotlandiya) – PSJ (Fransa) - 0:5
QOLLAR: Neymar, 19 (0:1); Mbappe, 34 (0:2); Kavani, 40/p. (0:3); Lustiq, 83/a.q. (0:4); Kavani, 85 (0:5)
C qrupu
“Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) - 6:0
QOLLAR: Pedro, 5 (1:0); Zappakosta, 30 (2:0); Azpilikueta, 55 (3:0); Bakayoko, 71 (4:0); Baçuayi, 76 ("Çelsi"); Medvedev, 82/a.q. (6:0)
“Roma” (İtaliya) – “Atletiko” (İspaniya) - 0:0
D qrupu
“Barselona” (İspaniya) – “Yuventus” (İtaliya) - 3:0
QOLLAR: Messi, 45+1 (1:0); Rakitiç, 56 (2:0); Messi, 69 (3:0)
“Olimpiakos” (Yunanıstan) – “Sportinq” (Portuqaliya) - 2:3
QOLLAR: Dumbiya, 2 (0:1); Martins, 13 (0:2); Fernandes, 43 (0:3); Pardo, 89 (1:3); Pardo, 90+3 (2:3)