"Yuventus" "Barselona"ya aman vermədi
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Çempionluğa namizədlərdən "Barselona" İtaliyaya səfər edib. Kataloniya təmsilçisi "Yuventus"un qonağı olub.
Sonuncu dəfə 2015-ci ildə, Çempionlar Liqasının finalında üz-üzə gələn rəqiblərin dueli meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Bu, nəticədə də əksini tapıb.
11 aprel 2017
Çempionlar Liqası, 1/4 final
Yuventus (İtaliya) - Barselona (İspaniya) - 3:0
QOLLAR: Dibala, 7 (1:0); Dibala, 22 (2:0); Kiellini, 55 (3:0)
Baş hakim: Şimon Marçinyak (Polşa)