"Barselona"da Olmo problemi

"Barselona"nın ispaniyalı futbolçusu Dani Olmo yanvar ayında klubdan ayrıla bilər.

Sportline.az "Mundo Deportivo" qəzetinə istinadən xəbər verir ki, "Barselona" klubu maliyyə problemləri ilə üz-üzə qalıb.

Bu səbəbdən Olmonun vizasını dekabr ayının 31-ə qədər çıxarda bilməsə, 26 yaşlı futbolçu ilə yollarını ayıracaq.

Olmo "Barsa"dan azad agent kimi ayrılacaq.

O bu yay “Leipziq”dən 55 milyon avro qarşılığında “Barselona”ya transfer olunub.

Qeyd edək ki, D.Olmo bu mövsüm çıxış etdiyi 12 matçda 6 qol vurub.