"Barselona"da Olmo problemi davam edir
La Liqa "Barselona"nın Dani Olmonu qeydiyyatdan keçirməsi ilə bağlı müraciətini rədd etdi.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, “Barselona" La Liqanın iqtisadi nəzarət qaydalarına uyğun olaraq yanvarın 2-dən etibarən hər hansı futbolçunun qeydiyyatdan keçməsinə imkan verəcək heç bir alternativ təqdim etməyib!
Hazırda Dani Olmo rəsmən azad agentdir. O, bu mövsüm "Barselona"da 15 matçda 6 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.