"Barselona"nın gözü o futbolçunun üzərindədir
"Barselona" "Defensor" klubunun gənc futbolçusu Patrisio Pasifikonu heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az insayder Fabrizio Romanonun məlumatına istinadən xəbər verir ki, 19 yaşlı oyunçunun dəyəri 2 milyon avrodur.
Uruqvay U-20 millisinin üzvü bu mövsüm meydana çıxdığı 44 matçda 2 qolla yadda qalıb.
Qeyd edək ki, P.Pasifikonun klubla sözləşməsi 2028-ci ilin dekabr ayının 31-nə qədərdir.