“Barselona”ya şad xəbər
“Barselona”nın ispaniyalı futbolçusu Lamin Yamal məşqlərə başlayıb.
Sportline.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Yamal fevral ayına qədər yaşıl meydanlara qayıdacaq.
Qeyd edək ki, 17 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 21 matçda 6 qol və 12 asistlə yadda qalıb.