Baş məşqçi fasilədə istefaya göndərildi, komandanı ikinci hissəyə həkim çıxardı
Braziliya D Seriyasında futbol meydanlarında görülməmiş bir hadisə yaşanıb.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, "Brazilense" klubunu baş məşqçisi Paulo Roberto "Real Braziliya" ilə keçirilən matçın fasiləsində istefaya göndərilib.
İlk hissədən sonra (0-0) klub prezidentinin komandanın oyununu tənqid etməsi mütəxəssisin xoşuna gəlməyib və istefa edərək stadionu tərk edib.
Komandanı ikinci hissəyə klubun həkimi Jorje Oliva çıxarıb və "Brazilense" 2-1 hesabı ilə qələbə qazanıb.
Matçdan sonra Jorje Oliva zarafatla bu qələbəni "cərrahi" adlandırıb.
Qeyd edək ki, paytaxt klubu 3 oyundan sonra 6 xalla liderdir.