Başından zərbə alan hokkeyçi oyunu davam etdirə bilmədi
Milli Hokkey Liqasında keçirilən "Dallas Starz” - "Monreal Kanadiens” qarşılaşmasında xoşagəlməz hadisə yaşanıb. SportLine.az xəbər verir ki, "Monreal Kanadiens” komandasının hücumçusu Endryu Şou 3-cü periodda rəqiblə toqquşub. Başından xəsarət alan idmançı oyunu yarımçıq tərk edib. Onun beyninin silkələndiyi ehtimal olunur.