"Bavariya" yeni transferi açıqladı

"Bavariya" "Mançester Siti"dən Joao Kanselunun transferini rəsmiləşdirib.

Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Münhen təmsilçisi 28 yaşlı müdafiəçi cari mövsümün sonunadək icarəyə götürülüb.  Razılaşmada Kanselunun satın alına bilmə variantı da əzərdə tutulub. 

Qeyd edək ki, portuqaliyalı futbolçu bu mövsüm Premyer Liqada 17 oyunda 2 qol vurub və 1 qolun ötürməsini verib.