"Bavariya"da ayrılıq
"Bavariya"nın fransalı futbolçusu Matiyas Tel klubdan ayrılacağını açıqlayıb.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Almaniya klubu Tel üçün 30 milyon avro tələb edir.
19 yaşlı futbolçunun "Bavariya" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Matiyas Tel bu mövsüm 13 rəsmi matçda iştirak edib. Aktivində 1 məhsuldar ötürmə var.