"Bavariya"dan 5 qol

"Bavariya" Almaniya Bundesliqasında növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, Münhen klubu 23-cü turda "Köln"ü qəbul edib. Matç meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

"Bavariya" - "Köln" - 5:1
Qollar:
 Motinq 18 (1:0), Levandovski, 33 (2:0), Skhiri, 49 (2:1), Levandovski, 665 (3:1), Qnabri, 82 (4:1), 86 (5:1)

Bu qələbə ilə xalını 52-yə yüksəldən "Bavariya" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Leyptsiq" 47 xalla 2-ci, "Volfsburq" 45 xalla 3-cüdür.