"Bavariya"dan gözlənilən xəbər

 “Bavariya”nın baş məşqçisi Karlo Ançelotti istefaya göndərilib. Sportline.az xəbər verir ki, münhenlilər müvəqqəti olaraq köməkçi-məşqçi Villi Sanyola etimad göstəriblər. Bundesliqanın VI turunda “Herta” ilə görüşdən sonra sonra yeni baş məşqçinin adı açıqlanacaq. Görünür klub rəhbərliyi ötən gecə Fransada PSJ-yə 0:3 hesablə məğlubiyyəti həzm edə bilməyib. Xatırladaq ki,  Karlo Ançelotti 1 iyul 2016-cı ildən Almaniya təmsilçisinin sükanı arxasında idi.