"Bavariya"nın futbolçusu ofsaydda idi?
UEFA Çempionlar Liqasının cavab yarımfinal oyununda "Bavariya"nın son saniyələrdə vurduğu qolun sayılmaması mübahisə mövzusudur.
Sportline.az xəbər verir ki, əksəriyyət həmin epizodda münhenlilərin əleyhinə qərar verildiyi qənaətindədir.
"BeIN Sports" kanalının təqdim etdiyi qrafik görüntüdə "Bavariya"nın futbolçusu Nussayr Mazrauinin ofsaytda olmadığı təsdiqini tapıb.
Xatırladaq ki, həmin epizodun davamı Matteys de Liqtin qolu ilə nəticələnsə də, hakim Şimon Marçinyak hücumun sonunu gözləmədən fit səsləndirmişdi. Beləliklə, ümumi hesabda 3-4 hesabı ilə uduzan "Bavariya" ÇL-in finalından kənarda qalıb.