"Bayer 04" sonuncu dəfə məğlub olduğu komandaya qarşı

49 oyundur məğlubiyyət üzü görməyən 'Bayer Lverkuzen" Bundesliqanın 33-cü həftəsində "Bohum"un qonağı olacaq.

Sportline.az xəbər verir ki, Leverkuzen təmsilçisi sonuncu məğlubiyyətini 351 gün bundan əvvəl məhz bu komandaya qarşı alıb.

27 may 2023-cü ildə keçirilən oyunda "Bohum" "Bayer Leverkuzen"i 3-0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, son 2 görüşdən qalib ayrılan "Bohum" 33 xalla 14-cü pillədə qərarlaşır.Tərəflər arasında mövsümün ilk yarısında keçiriən oyun Xabi Alonsonun komandasının böyük hesablı qələbəsi ilə nəticələnmişdi.4-0.