"Bayer" "Kopenhagen" səfərində

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turuna bu gün yekun vurulacaq.

Sportline.az xəbər verir ki, Leverkuzenin "Bayer" klubu səfərdə Danimarkanın "Kopenhagen" kollektivi ilə üz-üzə gələcək.

Heyətlərə nəzər saldıqda "Bayer"də itkilərin sayı kifayət qədərdir. Artur, Yonas Hoffman, Martin Terrie, Ezekiel Palasios, Natan Tella zədə, Alexo Sarko və Jeanüel Belocian cəza səbəbindən matçı buraxmalı olacaq.

"Kopenhagen"də isə Jonatan Moalem, Maqnus Mattson, Oliver Höyer və Andreas Kornelius baş məşqçi Yakop Neestrupun sərəncamında olmayacaq.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 20:45-də başlanacaq matçı azərbaycanlı hakim Əliyar Ağayev idarə edəcək.