"Bayer Leverkuzen" Dünya futbol tarixində bir ilkə imza ata bilər

Bu mövsüm çıxdığı heç bir görüşdə məğlub olmayan "Bayer Leverkuzen" tarixi nəticəyə doğru inamla irəliləyir.

Sportline.az xəbər verir ki, Almaniya klubu mövsüm ərzində uduzmadan "treble" edən ilk komanda ünvanına sahib çıxa bilər.

Bundesliqada çempionluğunu rəsmləşdirən "Bayer" mövsümün son 2 görüşündə "Auqsburq" və "Bohum"la qarşılaşacaq.

Xabi Alonsonun rəhbərlik etdiyi komanda Almaniya Kubokunun finalında ikinci liqa təmsilçisi "Kaiserslautern"lə üz üzə gələcək.

Avroliqada isə yarımfinalın ilk oyununda "Roma"nı səfərdə 2-0 hesabı ilə məğlub edən "Bayer" burada da iddiasını davam etdirir.

Qeyd edək ki, "Bayer"i həftəiçi Avropa Liqasının yarımfinalında "Roma" ilə cavab oyunu gözləyir.