"Bayer Leverkuzen" mövsümdə 17-ci dəfə bunu bacardı

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyununda "Bayer Leverkuzen" "Roma" ilə qarşılaşmada 90+7 ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas oldu.(2-2)

Sportline.az xəbər verir ki, Almaniya təmsilçisi bu mövsüm 17-ci dəfə görüşün əsas vaxtı bitdikdən sonra qola sevinib.(90-cı dəqiqədən sonra).

"Bayer" buna qədər 8 dəfə Bundesliqada, 5 dəfə Avroliqada, 3 dəfə isə Almaniya kubokunda 90-cı dəqiqədən sonra fərqlənməyi bacarıb.

Qeyd edək ki, Leverkuzen təmsilçisi bu mövsüm "Qarabağ"la keçirdiyi hər 4 görüşdə 90-cı dəqiqədən sonra qol vurub.