Bədii gimnastımız Zöhrə Ağamirova "Challenge" kubokunda iştirak edib

İspaniyanın Qvadalaxara şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid kubok yarışı yekunlaşıb.

Sportline.az xəbər verir ki, turnirdə ölkəmizi milli komandamızın üzvləri Zöhrə Ağamirova və Veronika Qudis təmsil ediblər. Yarışda gimnastlarımızdan ən yaxşı nəticəni Zöhrə Ağamirova göstərib. Belə ki, ötən həftə Bakıda keçirilən dünya kubokunda 1 finalda çıxış edən gimnastımız, bu dəfə 3 alətlə final mərhələsinə vəsiqə qazanıb.

Yarışın sonuncu günündə gimnastımız lent ilə hərəkətlərdə uğurlu çıxış edərək, hakimlərdən 16.850 xal alıb və yekun mərhələdə 5-ci yerdə qərarlaşıb. Gimnastımızın digər iki final çıxışı isə halqa və gürzlərlə olub və o, hər iki alətlə yarışları 7-ci yerdə bitirib.