Bekao “Fənərbağça”dan ayrıla bilər
“Fənərbağça”nın brazilyalı futbolçusu Rodriqo Bekaonun klubdan ayrılacağı gözlənilir.
Sportline.az “Takvim” qəzetinə istinadən xəbər verir ki, adı açıqlanmayan İtaliya klubu Bekao üçün “Fənərbağça”ya 10 milyon avro təklif göndərib.
“Fənərbağça” rəhbərliyi Bekaonu satmağa müsbət yanaşır.
Qeyd edək ki, Rodriqo Bekao 2023-cü ildə “Udineze” klubundan “Fənərbağça”ya transfer olunmuşdu.