Belçika Dünya çempionatında!
Gələn il Rusiyada keçiriləcək Dünya çempionatının daha bir iştirakçısı müəyyənləşib. SportLine.az xəbər verir ki, bu, Belçika millisi olub.
Yunanıstanla səfər görüşündə qələbə qazanan "qırmızı şeytanlar" Mundiala iki tur öncə vəsiqəni təmin edib. Ən yaxın rəqibi Bosniya və Herseqovina seçməsini 8 xal qabaqlayan Belçika seçməsi, bu uğura nail olub.
Qeyd edək ki, bundan öncə ev sahibi Rusiya, eləcə də, Braziliya, İran, Meksika və Yaponiya milliləri də DÇ-2018-də iştirak hüququna yiyələnib.