Belçika kubokunun qalibi müəyyənləşib

Belçika kubokunda 2023/2024 mövsümünün qalibi bilinib.

Sportline.az xəbər verir ki, kubokun finalın "Yunion SG" "Antverp"i 1-0 hesabı ilə məğlub edərək mükafatın sahibi olub.

Görüşdə yeganə qolu 45+1-ci dəqiqədə Koki Maçida vurub.

Qeyd edək ki, bu nəticə ilə "Yunion SG "tarixində 3-cü dəfə Belçika kubokunun sahibi olub.