Bellingem cəzadan yaxa qurtardı

İngiltərə - Slovakiya görüşündə ədəbsiz jestlə yadda qalan Cud Bellingem buna görə cəzalandırılmayacaq.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Mett Lou məlumat yayıb.

Onun X sosial şəbəkəsindəki paylaşımında UEFA-nın buna lüzum gösrmədiyi bilirilir.

Qeyd edək ki, Bellingem Slovakiyanın qapısına vurduğu cavab qolundan sonra əlini qasıq nahiyəsinə apararaq rəqibə qarşı ədəbsizlik etmişdi.