“Benfika” bu gün “Napoli” ilə üz-üzə gələcək
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turuna yekun vurulur.
Sportline.az xəbər verir ki, “Benfika” öz meydanında “Napoli” ilə üz-üzə gələcək.
Portuqaliya klubunda Aleksander Bah, Bruma, Dodi Lukebakio və Henrike Arauxonun yoxluğu baş məşqçi Joze Mourinyonu narahat etməyə bilməz.
Antonio Kontenin komandasında isə itkiləri sayı çoxdur. Bill Gilmor, Romelu Lukaku, Aleks Meret, Migel Qutiyerrez, Andre-Frank Zambo Angissa, Kevin De Brüyne və Stanislav Lobotka zədəlidir.
Qeyd edək ki, start fiti 12-də səslənəcək oyunda söz sahibi sloveniyalı Slavko Vinçiç olacaq.