"Benfika" - "Real Madrid": Heyətlərdəki son durum

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verilir.

Sportline.az xəbər verir ki, yarışın 15 qat qalibi "Real Madrid" səfərdə "Benfika" ilə qarşılaşacaq.

Tərəflər arasında liqa mərhələsində keçirilən oyunda "Benfika" rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir.

Bu görüşdə isə favorit kral klubu sayılır.

Heyətlərə nəzər saldıqda meydan sahiblərində əsas itki Aleksander Bah, Samuel Soares, Fredrik Aursnes, Joao Veloso və Riçard Riosun adı ilə bağlıdır.

"Los blankos"da isə Eder Militao, Raul Asensio və Cud Bellingem komandasına kömək edə bilməyəcək. Rodriqonun durumuna oyun saatlarında aydınlıq gələcək.

Qeyd edək ki, start fiti gecə saat 12-də səslənəcək qarşılaşmanı fransalı hakim Fransua Leteksiye idarə edəcək.