"Benfika" yeni transferini açıqlayıb
"Benfika" klubu yeni transferini açıqlayıb.
Sportline.az xəbər verir ki, Portuqaliya klubu "Palmeyras"ın futbolçusu Riçard Riosu heyətinə qatıb.
"Benfika" 25 yaşlı futbolçu üçün 27 milyon avro ödəyəcək.
Qeyd edək ki, futbolçunun sərbəst qalma məbləği 100 milyon avro olaraq təyin olunub.