"Beşiktaş" 15 milyon avroluq təklifi qəbul etmədi

"Beşiktaş" klubu gənc hücumçusu üçün edilən 15 milyon avroluq təklifi rədd edib.

Sportline.az GOAL.com-a istinadla xəbər verir ki, "Fulhem" klubu "Beşiktaş"ın oyunuçusu Semih Kılıçsoy üçün 15 milyon avro təklif edib.

"Beşiktaş" rəhbərliyi isə bu təklifi geri çevirərək daha yüksək məbləğ tələb edib.

Qeyd edək ki, 18 yaşlı gəncl oyunçu Semih Kılıçsoy bu mövsüm Türkiyə klubu ilə çıxdığı 30 oyunda 11 qol və 3 asistlə yadda qalıb.Transfermark portalında Semihin transfer dəyəri 8 milyon avro olaraq qiymətləndirilir.