"Beşiktaş" 3 futbolçusu ilə müqaviləni uzadıb - RƏSMİ

"Beşiktaş" klubu 3 futbolçusu ilə müqavilə müddətini uzadıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qara-qartallar" Emrecan Terzi, Yakup Arda Kılıç və Qöhtuğ Baytekinlə uzun müddətli müqavilə imzalayıb.

Hər 3 futbolçu "Beşiktaş" klubunun akademiyasının yetirməsidir və yeni mövsümdən etibarən əsas heyətdə çıxış edəcəklər.

Qeyd edək ki, "Beşiktaş" rəsmiləri yeni mövsümə cavan heyətlə çıxmaq istədiklərini bildiriblər.