"Beşiktaş"-"Ankaragücü" matçının VAR hakimi bəlli olub

Türkiyə kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Beşiktaş" "Ankaragücü"nü qəbul edəcək.

Sportline.az xəbər verir ki, vacib oyunun VAR hakimi Türkiyə Futbol Federasiyasından Onuralp Özütoprak olacaq.

Oyunun meydan hakimi isə Zorbay Küçükdür.Yan xəttə ona Erdem Bayık və Murat Tuğberk köməklik göstərəcəklər.

Qeyd edək ki, "Tüpraş" stadionunda keçiriləcək matçın start fiti bu gün 21:30-da səslənəcək.