"Beşiktaş" da Bakıya gəlir
"Qalatasaray"dan sonra daha bir Türkiyə klubu Azərbaycanda yoldaşlıq görüşü keçirəcək.
Sportline.az xəbər verir ki, "Beşiktaş" Bakıda xeyriyyə matçı keçirəcək. Bu barədə İstanbul təmsilçisinin baş məşqçisi Şenol Güneş yerli mətbuata açıqlamasında deyib:
"Azərbaycandan bir komanda ilə oynayacağıq. Tarix dəqiq məlum deyil. Biz 21-24 mart aralığında demişik, onlar isə 25-i istəyir. Hələ dəqiqləşən bir şey yoxdur".