"Beşiktaş" fanatlarına şad xəbər

"Beşiktaş"ın zədəli qapıçıları sıraya dönməyə hazırlaşırlar.

Sportline.az ntvsport.net-ə istinadla xəbər verir ki, zədə səbəbindən millinin düşərgəsindən ayrılan Mert Günok "Konyaspor"la oyunda heyətdə yer alacaq.

"Qaziantepspor"la oyunqabağı zədələnən Ersin Destanoğlunun da milli komandaların oyunları iləl əlaqədar fasilədən sonra sıraya dönəcəyi bildirilir. 

Qeyd edək ki, "Beşiktaş" "Konyaspor"la oktyabrın 20-də qarşılaşacaq.