"Beşiktaş" iraqlı futbolçu ilə maraqlanır
Son olaraq Türkiyə kubokunda finala yüksələn "Beşiktaş" "Əl- Quva Əl-Javiya"da çıxış edən iraqlı futbolçu Ali Jasimi transfer etmək istəyir.
Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, İstanbul klubu yay transfer pəncərəsində 20 yaşlı futbolçu üçün rəsmi təklif göndərəcək.
Ali Jasim 2023/2024 mövsümünün əvvəlində "Antalyaspor"a transfer olunsa da şəxsi səbəblərə görə klubdan ayrılmalı olmuşdu.
Qeyd edək ki, icarə əsasında "Əl-Quva Əl- Javiya"da çıxış edən gənc oyunçu bu mövsüm 5 oyunda 4 qol vurub.