"Beşiktaş" kapitanı ilə yola davam edir
"Beşiktaş" klubu kapitanı Necip Uysalla yola davam edəcək.
Sportline.az xəbər verir ki, təcrübəli futbolçu ilə yeni müqavilə bağlanılıb.
Anlaşmaya əsasən kapitan daha iki il "qara qartallar"ın sırasında olacaq.
Müqavilə 2026-2027 mövsümünün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, 34 yaşlı müdafiəçi 2009-cu ildən "Beşiktaş"ın şərəfini qoruyur.