"Beşiktaş" "Lokomotiv"in oyunçusu ilə maraqlanır
Yeni mövsümün hazırlırlarını davam etdirən "Beşiktaş"da diqqətlər Rusiyaya yönəlib.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, Türkiyə klubu "Lokomotiv"in albaniyalı futbolçusu Mario Mitayı heyətinə qatmaq istəyir.
Mənbənin sözlərinə görə, "Beşiktaş" klubunun rəhbərliyi oyunçunun transferi ilə bağlı rəsmi danışıqlara başlayıb.
20 yaşlı futbolçu ötən mövsüm Moskva klubunun heyətində Liqa və Kubok daxil olmaqla 27 oyuna çıxıb.
Qeyd edə ki, Mitayın hazırki klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir.