“Beşiktaş” niderlandlı futbolçu ilə maraqlanır
“Beşiktaş” rəhbərliyi yanvar ayında komandaya hücumçu transfer edəcəklərini açıqlayıb.
Sportline.az “Fotomaç” nəşrinə istinadən xəbər verir ki, qış transfer pəncərəsi dövründə heyətini gücləndirməyə çalışan “Beşiktaş”, “Psv Eynthoven”nin hücumçusu Luk De Yonqu transfer etməyə israrlıdır.
Luk De Yonqun transfer dəyəri 4 milyon avro olaraq təyin edilib.
Qeyd edək ki, L.De Yonq bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 10 matçda 6 qol 4 asistlə yadda qalıb.