“Beşiktaş” yeni transferini açıqladı
“Beşiktaş” "Sampdoriya”nın futbolçusu Omar Kollinin transferini açıqlayıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qambiyalı mərkəz müdafiəçisi ilə 2.5+1 illik müqavilə imzalanıb. İstanbul təmsilçisi bu transfer üçün İtaliya klubuna 2.3 milyon avro ödəyib.
2018-ci ildən "Sampdoriya"da çıxış edən 30 yaşlı futbolçu bu mövsüm komandanın heytətində ümumilikdə 18 oyuna çıxıb və 1 qol vurub.
Xatırladaq ki, "Beşiktaş" bundan əvvəl "Əl-Nəsr"dən Vensan Abubakarı və "Kayserispor"dan Onur Bulutu heyətinə qatmışdı.