“Beşiktaş”a şad xəbər

“Beşiktaş” klubunun albaniyalı futbolçusu Ernest Muçinin zədəsinin olmadığı bildirilib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, E.Muçi bu gün keçirilən məşqdə iştirak edib.

23 yaşlı futbolçu “Göztepe” ilə matçda meydanda olacaq.

Qeyd edək ki, Ernet Muçi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 14 matçda 4 qol və 2 asistlə yadda qalıb.