“Beşiktaş”da 2 futbolçu əsas heyətə qayıdır
“Beşiktaş”ın kosovalı futbolçusu Milot Raşhitsa və 28 yaşlı oyunçusu Əl Musrati yenidən əsas heyətdə meydana çıxacağı gözlənilir.
Sportline.az “Milliyət” qəzetinə istinadən xəbər verir ki, baş məşqçi Covanni Van Bronkhorst Raşhitsa və Əl Musratinin zədəsinin olmadığını və əsas heyətdə meydana çıxmağa hazır olduğunu qeyd edib.
Hər iki futbolçu “Başakşəhər”lə matçda əsas heyətdə meydana çıxacağı bildirilir.
Qeyd edək ki, “Başakşəhər” – “Beşiktaş” matçı 10 noyabr saat 20:00-da başlayacaq.