"Beşiktaş"da ayrılıq
"Beşiktaş" klubundan ayrılan braziliyalı futbolçu Qabriel Paulista karyerasını vətənində davam etdirəcək.
Sportline.az xəbər verir ki, 35 yaşlı müdafiəçi "Korintians" klubuna transfer olunub.
Futbolçu ilə 2027-ci ilin yayına qədər müqavilə bağlanıb.
Qabriel Paulista 2024-cü ildən etibarən "Beşiktaş"ın heyətində çıxış edirdi.