“Beşiktaş”da ciddi itki
“Beşiktaş”ın 28 yaşlı futbolçusu Milot Raşhitsa milli komandaların oyunu zamanı zədələndiyi bildilir.
Sportline.az “Sabah Spor” qəzetinə istinadən xəbər verir ki, Kosovalı cinah futbolçusu Milot Raşitsa millisinin Millətlər Liqasının 2-ci qrupunda Kiprlə keçirdiyi oyunda zədələnib.
Qarşılaşmanın 15-ci dəqiqəsində yuxarı ön əzələsindən tutaraq kənara gələn Raşitsanın durumu bir neçə günə aydınlaşacaq.
Qeyd edək ki, M.Raşitsa bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 12 matçda 1 qol və 4 asistlə yadda qalıb.