“Beşiktaş”da ciddi itki
“Beşiktaş”ın albaniyalı futbolçusu Ernest Muçinin zədələndiyi açıqlanıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, E.Muçi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
23 yaşlı futbolçunun müalicəsi davam edir.
Qeyd edək ki, Ernest Muçi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 14 matçda 4 qol və 2 asistlə yadda qalıb.