"Beşiktaş"da yenidən Sərgən Yalçın dövrü başlaya bilər

"Beşiktaş"da yenidən Sərgən Yalçın dövrü başlaya bilər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, bu mövsüm fiyasko ilə üzləşən "qara-qartallar" yeni mövsüm üçün çarə axtarışındadırlar.

Komandanın prezidenti Hasan Arat türkiyəli mütəxəsislər siyahsında sadəcə Sərgən Yalçının oldğunu bildirdikdən sonra azarkeşlər təcrübəli çalışdırıcının gəlməsini istəyiblər.

Qeyd edək ki, Sərgən Yalçın "Beşiktaş" rəsmilərindən təklif gözlədiyini bildirib.