"Beşiktaş"dan zəlzələdən zərərçəkənlərə yardım

"Beşiktaş" Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlər yardım edəcək.

Sportline.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb. 

"Beşiktaş" bu gün Superliqanın 14-cü turunun "Antalyaspor"la təxirəsalınmış oyununa çıxacaq. "Beşiktaş" futbolçularının həmin görüşdə geyinəcəyi formaları hərracda satışa çıxaracaq. Əldə olunan gəlir isə zəlzələdən zərərçəkənlərə göndəriləcək.

"Beşiktaş" - "Antalyaspor" oyunu bu gün saat 20:00-da başlayacaq.

Qeyd edək ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində 44 min nəfərdən çox şəxs həyatını itirib.