“Beşiktaş”ın Berardi həmləsi

“Beşiktaş” italiyalı futbolçu Domeniko Berardi ilə yaxından maraqlanır.

Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, “Beşiktaş” rəhbərliyi D.Berardi üçün “Sassuolo” klubu ilə danışıqlara başlayıb. Transferin yanvarda başa çatacaqı bildirilir.

Domeniko Berardinin transfer dəyəri 10 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Domeniko Berardi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 1 matçda 1 asistlə yadda qalıb.