“Beşiktaş”ın futbolçusu İtaliya klubuna keçib
Türkiyə millisinin futbolçusu Semih Kılıçsoy "Beşiktaş"dan ayrılaraq "Kalyari"yə keçib.
Sportline.az xəbər verir ki, A Seriyası klubu 19 yaşlı oyunçu ilə rəsmi müqavilə imzalayıb.
Bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Semih qarşıdan gələn mövsümdə "Kalyari"nin formasını icarə əsasında geyinəcək.
Klub mövsümün sonunda onu 12 milyon avroya transfer etmək hüququna malikdir.