"Beşiktaş"ın ispan futbolçusu Almaniya klubunda
“Beşiktaş” futbolçusu Fransisko Monteronu “Hamburq”a icarəyə verib.
Sportline.az İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər evrir ki, ispaniyalı müdafiəçi mövsümün sonunadək 2-ci Bundesliqa təmsilçisində çıxış edəcək.
Almaniya klubu Monteronu satınalma şərti ilə icarəyə götürüb. Mövsümün sonunda “Hamburq” Türkiyə klubuna 2.5 milyon avro ödəməklə onun transfer hüquqlarını da ala bilər.
Qeyd edək ki, "Beşiktaş" Montero 2021-ci ilin yayında "Atletiko"dan heyətinə cəlb edib. O, komandada 46 oyuna çıxıb, 2 qol vurub.