"Beşiktaş"ın oyunçusuna Ərəbistandan təklif gəlib
"Beşiktaş" Muleka ilə maraqlanan "Əl-Xulod" klubu ilə danışıqlar aparır.
Sportline.az Ajansspor.com-a istindla xəbər verir ki, "Əl-Xulod" 24 yaşlı hücumçu üçün Türkiyə klubuna 2.5 milyon avro təklif edib.
"Beşiktaş" rəhbərliyi isə məbləğin daha da artırılmasını tələb edir. Mulekanın özü Asiya ölkəsində oynamağa müsbət yanaşır.
Qeyd edək ki, 2022-ci ildə "Standart" Liejdən "Beşiktaş"a 3.35 milyon avro qarşılığında transfer olunub.O, ötən mövsüm "ağ-qaralar"la çıxdığı 47 oyunda 9 qol vurub, 2 asist edib.