"Beşiktaş"ın ulduzu "Fənərbağça" ilə derbi üçün hazırlaşır

"Beşiktaş"ın ulduz futbolçusu Raşid Gezzal "Fənərbağça" ilə derbiyə daha yaxşı səviyyədə çıxmaq üçün fərdi məşqlər edir.

Sportline.az xəbər verir ki, bir müddət zədədən əziyyət çəkən 30 yaşlı yarımmüdafiəçi milli komandaların oyununa görə icazəli olmasına baxmayaraq əlavə məşqlər edir.

Qeyd edək ki, "Fənərbağça" - "Beşiktaş" derbisi martın 26-da saat 21:00-da başlanacaq.