“Beşiktaş”ın yeni hədəfi
Bu mövsüm Türkiyə Süper Liqasında çempionluğu hədəfləyən “Beşiktaş” klubu heyətinə yeni futbolçu transfer edəcəyini açıqlayıb.
Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, “Beşiktaş” rəhbərliyi 29 yaşlı Fildişi Sahilli futbolçu Gislan Konanı yanvar ayında kluba transfer edəcəklərini bildiriblər.
Hazırda azad agent statusunda olan futbolçu Türkiyədə çıxış etməyə müsbət yanaşır.
Qeyd edək ki, Gislan Konan daha əvvəl “Viktoriya Gimarayeş”, “Reims”, “Əl Nəsr” və “Əl Fahya” kimi klubların şərəfini qoruyub.