Beynəlxalq Şahmat Günüdür
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) 1996-cı ildə keçirilən konqresində qəbul edilən qərara əsasən hər il 20 iyul tarixi Beynəlxalq Şahmat Günü kimi qeyd olunur.
1924-cü ildə əsası qoyulan ali qurum bütün rəsmi yarışların, o cümlədən kişi və qadınlar arasında dünya çempionatları, kişi, qadın, tələbə və yeniyetmələrin komanda birincilikləri, Avropanın komanda birinciliyi, Avropa Çempionlar kuboku, Panamerikan fərdi yarışlarının əsas təşkilatçısı hesab edilir.
FİDE 1950-ci ildən kişilərə, 1976-cı ildən isə qadınlara beynəlxalq qrossmeyster adı verir.
Azərbaycanda da şahmat ən populyar idman növlərindən biri hesab edilir. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2009-2014-cü illərdə şahmatın inkişafına dair Dövlət Proqramı təsdiq olunub. Azərbaycan FİDE-yə üzv olan yeganə ölkədir ki, şahmat idman növü dövlət siyasəti səviyyəsinə qaldırılıb.
Ölkəmizdə şahmat ötən əsrin 70-ci illərində çiçəklənmə dövrünü yaşayıb. Həmin vaxtdan Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə respublikada şahmat məktəbləri tikilməyə başlayıb, gənclərin bu idman növünə cəlb edilməsi sürətlənib, gənc və istedadlı şahmatçılar pleyadası yetişib.
Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan seçməsi Serbiyanın Novı-Sad şəhərində keçirilən Avropa çempionatının qalibi olub. Dörd il sonra Polşanın paytaxtı Varşava şəhərində təşkil olunan qitə birinciliyində komandamız növbəti dəfə ən güclü adına layiq görülüb.
Bütün şahmatçılarımızı Beynəlxalq Şahmat Günü münasibətilə təbrik edirik!
Vüsal Məmmədzadə
Qambit | SportLine.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirili